×
A
A
A
Sazlamalar

Qida, tütün və içki istehsalında artım olub

Bakı, 15 sentyabr, AZƏRTAC

2021-ci ilin yanvar-avqust ayları ilə müqayisədə cari ilin müvafiq dövründə tütün məmulatlarının istehsalında 55,1 faiz, qida məhsullarının istehsalında 6,2 faiz, içki istehsalında isə 2,9 faiz artım müşahidə olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu sahələrin əsas məhsullarından qənd və şəkər tozunun istehsalı 55,2 faiz, kərə yağının istehsalı 4,9 faiz, kolbasa məmulatlarının istehsalı 1,9 faiz artıb, duru bitki yağlarının istehsalı 1,7 faiz, marqarin istehsalı isə 6,1 faiz azalıb.

İqtisadiyyat 2021-09-15 17:19:00