×
A
A
A
Sazlamalar

Özbəkistanda keçiriləcək prezident seçkilərində Şavkat Mirziyoyevin namizədliyi rəsmi olaraq qeydə alınıb

Daşkənd, 15 sentyabr AZƏRTAC
Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyevin Liberal-Demokratik Partiyasından prezident seçkilərində namizədliyi Mərkəzi Seçki Komissiyasında qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, Özbəkistanda prezident seçkiləri oktyabrın 24-də keçiriləcək. Özbəkistan qanunlarına görə ölkədə ancaq siyasi partiyaların liderləri və ya nümayəndələri prezident seçkilərində iştirak edə bilərlər. Liberal-Demokratik Partiyasından başqa ölkədə daha dörd siyasi partiya fəaliyyət göstərir və bu partiyaların liderləri və nümayəndələri də prezident seçkilərinə qatılacaqlar.
Seçkilərdə təbliğat kompaniyasına sentyabrın 20-də başlanacaq.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

Dünya 2021-09-15 04:50:00