Çay üzərində qeyri-adi körpü
Bakı, 9 sentyabr, AZƏRTAC
Avstriyada Murinsel Adası körpüsü “Avropa Mədəniyyət Paytaxtı” adı uğrunda yarışma çərçivəsində yaradılıb. Bu orijinal şüşə-qurğu amerikalı arxitektor və rəssam Vito Akkonçinin layihəsi əsasında hazırlanıb.
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, Mur çayının sahillərini birləşdirən Murinsel ada körpüsü nəhəng iki qaba bənzəyir. Birinci qabın içərisində kafe-bar, açıq sahədə isə amfiteatr və uşaq meydançası yerləşir.
Şüşə qab istənilən vaxt çox orijinal görünür, lakin gecələr çox rəngli işıqlandırma sayəsində bu qeyri-adi körpü Avropa şəhərinin ən bənzərsiz bəzəyinə çevrilir. Sahəsi 1000 kvadratmetr olan konstruksiya çayın dibinə lövbərlər vasitəsilə bərkidilib.
Antarktidada 20 qolu olan çiyələyə bənzər dəniz canlısı kəşf edilib
Ölü balinanın mədəsində 500 min avro dəyərində “üzən qızıl” tapılıb
Alim ölü kaşalotun içərisində 500 min avro dəyərində xəzinə aşkar edib