“Çiçəklənən Dubay” göydələni
Bakı, 2 sentyabr, AZƏRTAC
“Petra Architects” memarlıq studiyasının mütəxəssislərinin göydələn layihəsi “Çiçəklənən Dubay” adlanır.
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, çiçək açan qönçəyə bənzər göydələn spiral relsli yuxarı və aşağıya doğru işləyən iki liftlə, habelə şəhərin müşahidəsi üçün nəzərdə tutulan adi bir pilləkənlə təchiz ediləcək.
Maraqlıdır ki, binaya yalnız 2 girişdən - uşaq kitabxanası və yaxınlıqdakı daxili parkdan daxil olmaq mümkündür.
Göydələndə ofis işçiləri üçün 135 metr hündürlükdə yerləşən kafe də fəaliyyət göstərəcək.
Antarktidada 20 qolu olan çiyələyə bənzər dəniz canlısı kəşf edilib
Ölü balinanın mədəsində 500 min avro dəyərində “üzən qızıl” tapılıb
Alim ölü kaşalotun içərisində 500 min avro dəyərində xəzinə aşkar edib