×
A
A
A
Sazlamalar

Ötən ay ölkədə 347,6 kiloqram gümüş istehsal edilib

Bakı, 23 avqust, AZƏRTAC

İyul ayında mədənçıxarma sənayesində istehsal olunmuş əsas məhsul növlərindən sayılan qiymətli metal filizlərinin 347,6 kiloqramı gümüşün payına düşüb.
AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir ki, bu göstərici əvvəlki ayla müqayisədə 29,6 kiloqram az olub.
Avqustun 1-nə olan vəziyyətə əsasən, hazır gümüş ehtiyatı 194,5 kiloqram təşkil edib.

Sənaye 2021-08-23 17:55:00