×
A
A
A
Sazlamalar

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri İsraildə yaşayan soydaşımızla görüşüb

Bakı, 13 avqust, AZƏRTAC
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İsraildə yaşayan soydaşımız Şakir Əhmədovla görüşüb.
Komitədən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı İsraildə Azərbaycan icmasının fəaliyyəti, İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan diasporunun göstərdiyi birlik və həmrəylik, İsrail və Azərbaycan, o cümlədən iki xalq arasındakı dostluq münasibətləri, diasporun mövcud problemləri və gələcək fəaliyyət perspektivləri müzakirə olunub.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Şakir Əhmədova Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və 2020-ci ildə diaspor quruculuğu sahəsində fəallığına görə təşəkkürnamə təqdim edib.
Qeyd edək ki, Şakir Əhmədov 1996-cı ildən İsraildə yaşayır və xeyriyyəçiliklə məşğul olur, mütəmadi olaraq həmvətənlərimizə dəstək göstərir.

Diaspor 2021-08-13 19:41:00