×
A
A
A
Sazlamalar

Elmi texnoparkların fəaliyyəti ilə bağlı araşdırmalar davam edir

Bakı, 2 avqust, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunda İKT əsaslı texnoloji innovasiya iqtisadiyyatı sektorlarının formalaşması problemləri və onların sosial iqtisadi proseslərə təsiri araşdırılır. Həmçinin elmi-texnoloji innovasiyaların tətbiqi məsələləri və kommersiyalaşdırılması proseslərinin idarə olunması problemləri tədqiq olunur.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, artıq elmi nəticələrin kommersiyalaşdırılması prosesini xarakterizə edən ilkin göstəricilər işlənilib. Hazırda elmi texnoparkların fəaliyyətinin kompleks qiymətləndirilməsi üçün onlayn platformada çoxkriteriyalı ekspert metodunun işlənilməsi üzrə araşdırmalar davam etdirilir.

Texnologiya 2021-08-02 15:57:00