×
A
A
A
Sazlamalar

İnformasiya Texnologiyaları İnstitutunda DOI-verilənlərin intellektual analizi üzrə araşdırmalar davam etdirilir

Bakı, 29 iyul, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunda “DOI-verilənlərin intellektual analizi (DOI-data mining)” mövzusu üzrə elmi araşdırmalar davam etdirilir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədqiqat çərçivəsində rəqəmsal obyektin identifikatoru DOI, Beynəlxalq DOI Fondu və onun agentlikləri haqqında geniş məlumat toplanılıb. “CrossRef” qeyri-kommersiya təşkilatının təqdim etdiyi xidmətlər araşdırılıb və İnformasiya Texnologiyaları İnstitutu bu təşkilatla əməkdaşlığa başlayıb. İnstitut tərəfindən nəşr olunan bütün elmi əsərlərə 2017-ci ildən etibarən DOI nömrələr alınır.

Texnologiya 2021-07-29 16:11:00