×
A
A
A
Sazlamalar

Tokio Olimpiadası: Qadın idman gimnastikası yarışlarında finalçılar müəyyənləşib

Bakı, 25 iyul, AZƏRTAC
İyulun 25-də Tokio Olimpiadasında qadın idman gimnastikası yarışlarında finalçılar müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, turnirdə ölkəmizi Marina Nekrasova təmsil edib. Müxtəlif alətlərdə çıxış edən gimnastımız ümumilikdə 48,232 xal toplayıb. Bu, onun finala adlaması üçün kifayət etməyib.
Ötən gün kişi idman gimnastımız İvan Tixonov da Olimpiadanın həlledici mərhələsinə vəsiqə qazana bilməmişdi.

İdman 2021-07-25 17:04:00