×
A
A
A
Sazlamalar

Gürcüstanda ard-arda iki zəlzələ qeydə alınıb

Tbilisi, 25 iyul, AZƏRTAC

İyulun 25-də Gürcüstanın Dmanisi və Zalqa rayonları ərazisində zəlzələ qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.
Məlumatda bildirilir ki, ilk yeraltı təkan saat 12:14-də 2.9 bal gücündə Dmanisi rayonunun Sameba kəndi yaxınlığında, digəri isə saat 13:02-də 3.7 bal gücündə Zalqa rayonunun Salamaleyki kəndində qeydə alınıb.
Dağıntı və tələfat barədə məlumat verilmir. Amma əhali arasında narahatlıq və təşviş var.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2021-07-25 16:33:00