×
A
A
A
Sazlamalar

Masallıda karantin qaydalarını pozan obyekt sahibləri və toyun təşkilatçıları cərimələniblər

Masallı, 25 iyul, Bağır Əliyev, AZƏRTAC

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan daha iki toy mərasimi zamanı xüsusi karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata əsasən, yoxlamalar zamanı “Gənclik” restoranı və “Boradigah” şadlıq sarayında təşkil edilən toy mərasimləri ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi, müəyyənləşdirilmiş say həddindən artıq qonağın iştirak etməsi müəyyən olunub.
Həmin obyektlərin sahibləri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 4000 manat, toyun təşkilatçıları isə 400 manat məbləğində cərimə olunublar.

Regionlar 2021-07-25 13:38:00