×
A
A
A
Sazlamalar

Lənkəranda atmosferi çirkəndirən avtonəqliyyat vasitələrinin sürücüləri cərimələniblər

Lənkəran, 25 iyul, Bağır Əliyev, AZƏRTAC

Lənkəran rayonunda avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu məqsədlə Lənkəran Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən nəqliyyatın hərəkətinin sıx olduğu küçə və prospektlərdə növbəti reyd təşkil olunub.
Reyd zamanı sürücülərə bir daha izah olunub ki, ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra nəqliyyat vasitəsinin istismarına yol verilməlidir.
Reyd zamanı həmçinin, rayon ərazisində taksi kimi fəaliyyət göstərən avtonəqliyyat vasitələrində sürücü və sərnişinlərin tibbi maska ilə bağlı müəyyən edilmiş qaydalara riayət etməsi yoxlanılıb.
Sərnişinlərlə profilaktik söhbətlər aparılıb və tibbi maskalardan istifadənin zəruriliyi onların diqqətə çatdırılıb.
Xüsusi karantin rejiminin tələblərini pozanlar barəsində qanuna müvafiq tədbirlər görülüb.

 

Regionlar 2021-07-25 13:06:00