×
A
A
A
Sazlamalar

Cəlilabadda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Cəlilabad, 25 iyul, Bağır Əliyev, AZƏRTAC

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini S.Qasımov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, S.Qasımovun üzərinə keçirilən baxış zamanı ondan "patı", "şüşə" kimi tanınan psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.
Araşdırmalarla onun həmin psixotrop maddəni Cəlilabad rayon sakini Ə.Zeynalovdan əldə etdiyi müəyyən olunduğundan sonuncu da polis əməkdaşları tərəfindən saxlanılıb və üzərindən 2 bükümdə metamfetamin aşkanaraq götürülüb.
Hər iki faktla bağlı araşdırmalar aparılır.

Regionlar 2021-07-25 12:41:00