×
A
A
A
Sazlamalar

Son sutkada Tunisdə COVID-19-dan 317 nəfər vəfat edib

Qahirə, 25 iyul, AZƏRTAC

Tunisdə COVID-19 pandemiyası ilə bağlı vəziyyət daha da ağırlaşıb.
AZƏRTAC xəbər verir ki, son sutkada 11milyon 600 min əhalisi olan bu ölkədə 317 pasiyent yeni növ koronavirusun qurbanı olub. Tunis Səhiyyə Nazirliyinin məlumatında daha 5624 nəfərin COVID-19-a yoluxduğu bildirilib.
Tunis Prezidenti Kais Said pandemiya ilə əlaqədar hökumətin təcili iclasını keçirib. O bildirib ki, hazırda xəstəxanalarda çarpayı və oksigen çatışmır. Xəstələrin bir çoxu tənəffüs aparatlarının olmaması səbəbindən vəfat edir.
Ümumdünya Səhiyyə Təşkilatı Tunisi Şimali Afrika regionunda və ərəb dünyasında pandemiyanın ən çox yayıldığı ölkə elan edib. İndiyədək bu ölkədə 560 min yoluxma, 18300 ölüm faktı qeydə alınıb. Ərəb ölkələri və Avropa İttifaqı Tunisə təcili tibbi ləvazimat və vaksin yardımı göndərirlər.

Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Dünya 2021-07-25 12:18:00