×
A
A
A
Sazlamalar

Bolqarıstan Gürcüstan vətəndaşlarının ölkəyə girişinə qadağa qoyub

Tbilisi, 25 iyul, AZƏRTAC
Bolqarıstan iyulun 26-dan Gürcüstan vətəndaşlarının ölkəyə girişinə qadağa tətbiq edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Bolqarıstandakı Səfirliyi məlumat yayıb.
Bildirilir ki iyulun 26-dan etibarən Gürcüstanda koronavirusa yoluxma halının artması ilə əlaqədar ölkə vətəndaşları Bolqarıstan ərazisinə daxil ola bilməyəcəklər.
Bununla bağlı Bolqarıstan Səhiyyə Nazirliyi qərar qəbul edib.
Bu qərar Gürcüstandan gələn Bolqarıstan vətəndaşlarına və onların ailə üzvlərinə şamil edilmir.


Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2021-07-25 11:07:00