×
A
A
A
Sazlamalar

Azərbaycan məktəbliləri Beynəlxalq Fizika Olimpiadasında uğur qazanıblar

Bakı, 25 iyul, AZƏRTAC

Litvada Beynəlxalq Fizika Olimpiadası təşkil edilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, məktəblilərimiz olimpiadaya Təhsil Texnologiyaları Mərkəzindən virtual formada qoşulublar.
Olimpiadaya qatılan Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin XI sinif şagirdi Ayhan Süleymanzadə bürünc medala, Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın XI sinif şagirdləri Murad Bəşirov və Sirac Yəhyazadə isə “Həvəsləndirici mükafat”a layiq görülüblər.

Elm və təhsil 2021-07-25 10:11:00