×
A
A
A
Sazlamalar

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ictimai-iaşə obyektlərinin sahiblərinə müraciət edib

Bakı, 23 iyul, AZƏRTAC
Son zamanlar tədbirlərin keçirilməsi ilə əlaqədar bəzi ictimai-iaşə obyektlərindən havaya tüstü və qoxunun yayılması ilə bağlı qonşuluqda yaşayan sakinlərdən çoxsaylı şikayətlər daxil olur.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Ramal Bağırov AZƏRTAC-a bildirib ki, nazirlik iaşə obyektlərinin sahiblərini havanı çirkləndirməməyə, yaxınlıqda yaşayan əhaliyə narahatlıq yaratmamağa və ekoloji pozuntulara yol verilməməsi üçün təmizləyici qurğulara vaxtında xidmət göstərməyə çağırır.

Ekologiya 2021-07-23 15:01:00