×
A
A
A
Sazlamalar

Eltac Səfərli beynəlxalq turnirdə liderliyini davam etdirir

Bakı, 23 iyul, AZƏRTAC

Serbiyada keçirilən beynəlxalq turnirdə Azərbaycan şahmatçısı Eltac Səfərli uğurlu çıxışını davam etdirir.
AZƏRTAC xəbər verir ki, şahmatçımız 7 turdan sonra 5,5 xalla turnir cədvəlində liderdir. Ermənistanlı Emin Ohanyan (4,5 xal) və fransalı Thal Abergel (4 xal) sonrakı iki pillədə qərarlaşıblar.
İsveçrə sistemi üzrə keçirilən yarış 9 turdan ibarətdir.

İdman 2021-07-23 02:38:00