×
A
A
A
Sazlamalar

UEFA Konfrans Liqası: “Soçi”-“Keşlə” oyunu başlayıb

Bakı, 22 iyul, AZƏRTAC
UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçirilən “Soçi”-“Keşlə” oyunu başlayıb.
AZƏRTAC xəbər verir ki, “Fişt” stadionunda baş tutan görüşdə “Keşlə” klubunun start heyətində Stanislav Namaşko, Tərlan Quliyev, Muyuşko Boyoviç, İlkin Qırtımov, Azər Salaxlı, Merab Qiqauri, Rəhman Hacıyev, Turan Vəlizadə, Felipe Santos, Amil Yunanov və Aldair Neto yer alıblar.
“Soçi” komandasının heyətində isə meydana Nikolay Zabalotnıy, Timofey Marqasov, Danila Ploxin, Rodriqao, Mateo Baraç, Kiril Zaika, Nikita Burmistrov, Kristian Noboi, İbrahim Callaqov, Artur Yusipov və Marko Duqanjiç çıxıblar.
Görüşü albaniyalı hakimlər briqadası idarə edir. Oyunun baş hakimi Enea Yorcidir. Ona həmyerliləri Reydi Avdo və Ridiqer Çokay kömək edirlər. Dördüncü hakim funksiyasını Kridens Meta yerinə yetirir.
Bu komandaların arasında cavab görüşü bir həftə sonra “ASC Arena”da baş tutacaq.

İdman 2021-07-22 20:03:00