Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Azərbaycan boksçularının Tokioda açıq havada məşqi təşkil olunub

Bakı, 22 iyul, AZƏRTAC

“Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarında iştirak etmək üçün Yaponiya paytaxtında olan Azərbaycan boksçularının iyulun 22-də açıq havada məşqi təşkil edilib.
AZƏRTAC xəbər verir ki, boks üzrə Azərbaycan millisinin böyük məşqçisi Nəriman Abdullayev idmançıların Olimpiadaya hazırlığı barədə danışarkən deyib: “Yarışın başlamasına çox az qalıb. Komandamız bu gün də məşqləri davam etdirir, çəkilər yoxlanılır. Axşam saatlarında püşkatmadan sonra idmançılarımızın ilk rəqibləri müəyyənləşəcək”.
Qeyd edək ki, “Tokio-2020”də Azərbaycanın beş boksçusu mübarizə aparacaq. Ölkəmizin idman şərəfini Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenzo Sotomayor (69 kq), Alfonso Dominqes (81 kq) və Məhəmməd Abdullayev (+91 kq) qoruyacaqlar.
“Tokio-2020”nin boks yarışları iyulun 24-dən avqustun 8-dək “Ryoqoku Kokuqikan” idman sarayında keçiriləcək.

İdman 2021-07-22 16:55:00