Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Millimizin oyunlarının başlama vaxtı müəyyənləşib

Bakı, 22 iyul, AZƏRTAC

Futbol üzrə Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 1-də Lüksemburq, ayın 4-də İrlandiya və oktyabrın 12-də Serbiya milli komandalarına qarşı keçirəcək oyunların stadionu və başlama vaxtı məlum olub.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, Lüksemburqla oyun Bakı vaxtı ilə saat 22:45-də Lüksemburqdakı “Stade de Luxembourg”da, İrlandiya ilə qarşılaşma saat 20:00-da Dublindəki “Aviva”, Serbiya ilə oyun isə saat 22:45-də Belqraddakı Rayko Mitiç adına stadionda keçiriləcək.



 

 

İdman 2021-07-22 14:03:00