Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Madaqaskar prezidentinə sui-qəsd cəhdinin qarşısı alınıb

Bakı, 22 iyul, AZƏRTAC

Madaqaskar Prezidenti Andri Radzuelinaya sui-qəsd cəhdinin qarşısı alınıb.
AZƏRTAC France-Presse informasiya agentliyinə istinadla xəbər verir ki, hakimiyyət orqanları dövlət başçısına sui-qəsd cəhdinin qarşısını alıb və bir neçə nəfəri saxlayıb. Saxlanılan şəxslər arasında xarici ölkə vətəndaşları da var.
Prokurorluğun məlumatına görə, əməliyyat nəticəsində fransız mənşəli Madaqaskar sakini Pol Rafanoharana və Fransa vətəndaşı Filipp Fransua saxlanılaraq nəzarət altına alınıb. Pol Rafanoharana evində, Filipp Fransua isə Fransaya uçmağa cəhd edərkən yerli hava limanında həbs olunub.

 

 

Dünya 2021-07-22 12:58:00