Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

ABŞ və Almaniya “Şimal axını 2” layihəsi üzrə razılığa gəliblər

Bakı, 22 iyul, AZƏRTAC

ABŞ və Almaniya Rusiyadan Almaniyaya təbii qaz nəqlini nəzərdə tutan “Şimal axını 2” (“Nord Stream 2”) boru kəməri layihəsi barədə razılığa gəliblər.
AZƏRTAC xəbər verir ki, iki ölkə Rusiyadan Avropaya uzanan boru kəməri layihəsinin tamamlanmasına icazə verməyə razılaşıblar. Razılıq Almaniya Kansleri Angela Merkelin ABŞ-a səfərindən sonra baş tutub.
Qeyd edək ki, “Şimal axını 2” boru kəmərinin inşasının avqustda tamamlanması gözlənilir və bu xətt ilin sonuna kimi istismara veriləcək.
Ümumi dəyərinin 10 milyard avro civarında olması gözlənilən “Nord Stream 2” boru kəməri ilə ildə 55 milyard kubmetr Rusiya qazının Baltik dənizi vasitəsilə Almaniyaya göndərilməsi planlaşdırılır. ABŞ-ın tətbiq etdiyi sanksiyalar səbəbindən İsveçrə şirkətinin inşasını dayandırdığı boru kəmərini Rusiyanın “Gazprom” enerji şirkəti öz imkanları hesabına davam etdirir.
ABŞ, Ukrayna, Polşa və Baltikyanı ölkələrin qarşı çıxdığı layihənin tərəfdaşları sırasında “Shell”, “OMV”, “Engie”, “Uniper” və “Wintershall” kimi şirkətlər, eləcə də layihə icraçısı qismində “Gazprom” şirkəti var.

 

 

Dünya 2021-07-22 11:41:00