Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Yarım ildə Özbəkistanın xarici ticarət dövriyyəsi 18 milyard dollar olub

Daşkənd, 22 iyul, АZƏRTAC
Cari ilin yanvar-iyun aylarında Özbəkistanın xarici ticarət dövriyyəsi 18,01 milyard dollar olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,15 milyard dollar çoxdur.
AZƏRTAC Özbəkistan Dövlət Statistika Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu müddətdə xarici ölkələrə 7,6 milyard dollar dəyərində məhsul göndərilib, ölkəyə 10,95 milyard dollarlıq müxtəlif məhsullar gətirilib. Bu ölkələr içərisində ən çox mal mübadiləsi Türkiyə, İran, Kanada, Qırğızıstan, Tacikistan və Əfqanıstanla olub.
Yanvar-iyul aylarında Özbəkistanın MDB ölkələri ilə ticarət dövriyyəsi 6,66 milyard dollar təşkil edib.
Qeyd edilir ki, Özbəkistanın dünyanın 171 ölkəsi ilə ticarət münasibətləri var.




Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

 

 

Dünya 2021-07-22 11:33:00