Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

ABŞ-ın neft ehtiyatları son 8 həftədə ilk dəfə artıb

Bakı, 22 iyul, AZƏRTAC
Birləşmiş Ştatların xam neft ehtiyatları artır.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 2,1 milyon barel (0,5 faiz) artaraq 439,7 milyon barel olub. Bazar proqnozları da ehtiyatların artacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 7,9 milyon barel azalmışdı. Ehtiyatlar son 8 həftədə ilk dəfə artıb.
ABŞ-ın strateji neft ehtiyatları dəyişməyərək 621,3 milyon barel olub.
Ölkənin benzin ehtiyatları hesabat həftəsində isə 100 min barel azalaraq 236,4 milyon barel təşkil edib. Bazar proqnozları da ehtiyatların azalacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 1 milyon barel artmışdı.

 

Dünya 2021-07-22 11:19:00