Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Özbəkistana daha 1 milyon doza Özbəkistan-Çin vaksini gətirilib

Daşkənd, 22 iyul, АZƏRTAC
Özbəkistana daha 1 milyon doza “ZF-UZ-VAC2001” Özbəkistan-Çin istehsalı olan vaksin gətirilib.
Özbəkistan Səhiyyə Nazirliyinin yaydığı məlumata görə vaksin ehtiyatı ölkədə 9 milyon 580 min doza təşkil edir. Bunun 370 mini “Sputnik V”, 710 dozası “AstraZanesa”, 8.5 milyon dozası isə “ZF-UZ-VAC2001” vaksinidir.
Xatırladırıq ki, Özbəkistanda səhiyyə müəssisələrindən başqa vaksin vurulması ticarət mərkəzlərində, supermarketlərdə də təşkil olunub.


Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

 

Dünya 2021-07-22 11:04:00