×
A
A
A
Sazlamalar

Qvineya "Tokio-2020"də iştirakdan imtina edib

Bakı, 22 iyul, AZƏRTAC
Qvineyanın Olimpiya komandası "Tokio-2020" Yay Olimpiya Oyunlarında iştirakdan imtina edib.
AZƏRTAC xəbər verir ki, buna səbəb COVID-19 infeksiyasına yoluxanların sayının artması olub.
Qvineyanın idman naziri Sanussi Sou deyib: "Bu addımı dövlət rəsmiləri ilə müzakirələrdən sonra atdıq. Qvineyalı idmançıların sağlamlığı bizim üçün çox önəmlidir. Təəssüflə qeyd etmək istəyirəm ki, Qvineya Olimpiya komandası "Tokio-2020"də iştirak etməyəcək.
Qeyd edək ki, "Tokio-2020" Yay Olimpiya Oyunları iyulun 23-dən avqustun 8-dək davam edəcək. Yarışda Azərbaycanı 44 idmançı təmsil edəcək.

İdman 2021-07-22 09:58:00