×
A
A
A
Sazlamalar

Yoşihide Suqa Olimpiadanın açılış mərasimində iştirak etmək üçün Tokioya gələn yüksək səviyyəli qonaqlarla görüşəcək

Tokio, 22 iyul, AZƏRTAC
Yaponiyanın Baş naziri Yoşihide Suqa Olimpiadanın açılış mərasimində iştirak etmək üçün Tokioya gələn yüksək səviyyəli əcnəbi qonaqlarla görüşəcək.
AZƏRTAC Yaponiya Nazirlər Kabinetinə istinadla xəbər verir ki, açılış mərasimində təqribən 15 ölkə və təşkilatın rəhbərinin iştirak edəcəyi gözlənilir.
Rəsmi mənbələrin bildirdiyinə görə, iyulun 22-də Y.Suqa Monqolustanın Baş naziri Luvsannamsray Oyun-Erdene, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Qebreyesus və ABŞ-ın birinci xanımı Cill Baydenlə görüşəcək.
Baş nazirin Fransa Prezidenti Emmanuel Makronla görüşü isə şənbə gününə planlaşdırlılır. Paris 2024-cü ildə Yay Olimpiya və Paralimpiya Oyunlarını qəbul etməyə hazırlaşır.
Yaponiya hökumətindən bildirildiyinə görə, koronavirus pandemiyasının şəxsi danışıqlar yolu ilə fəal diplomatiyanı inkişaf etdirməyə mane olması səbəbindən Baş nazir Yoşihide Suqa Olimpiya Oyunlarında dünya liderləri ilə etibarlı münasibətlər qurmağa çalışır.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

İdman 2021-07-22 07:40:00