Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Liverpul şəhəri UNESCO-nun Dünya İrs Siyahısından çıxarılıb

London, 22 iyul, AZƏRTAC

Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) Böyük Britaniyanın Liverpul şəhərini Dünya İrs Siyahısından çıxarıb.
AZƏRTAC xəbər verir ki, Liverpulun yeni quruluşlar səbəbi ilə fövqəladə universal dəyərini itirdiyini açıqlayan UNESCO Dünya Mirası Komitəsi, şəhəri Dünya İrs Siyahısından çıxardığını açıqlayıb.
Liverpulun Bələdiyyə Başçısı Coanna Anderson bu qərardan məyus olduqlarını və qərarın ləğvi üçün müraciət edəcəklərini söyləyib.
Liverpul 2004-cü ildən bəri dünya mirasları siyahısındadır. Şəhərdəki altı yer dünya irsi obyektləri olaraq təyin edilmişdi. Bununla birlikdə, şəhər 2012-ci ildə alınan qərar nəticəsində "Təhlükədəki dünya mirası" siyahısına əlavə edilmişdi.

Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London

Dünya 2021-07-22 07:13:00