Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Özbəkistanın iki vilayətini ağuşuna alan sel və daşqınlar bir sıra fəsadlar törədib

Daşkənd, 22 iyul, АZƏRTAC
İyulun 20-dən Özbəkistanın Namanqan və Əndican vilayətlərini ağuşuna alan sel və daşqınlar bir sıra fəsadlar törədib.
AZƏRTAC xəbər verir ki, hər iki vilayətin küçələrini və yeraltı keçidlərini su basıb.
Sel və daşqınlar avtomobil yollarını və bir neçə körpünü yararsız hala salıb, yol kənarlarında olan avtomobilləri aparıb.
Çay kənarında olan evlərin sakinləri təhlükəsiz yerlərə köçürülüb.
Təbii fəlakətin nəticələrinin arardan qaldırılması üçün 80 ədəd texnika cəlb olunub.
Sinoptiklər sel və daşqınların təkrar olunacağı haqqında xəbərdarlıq ediblər.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

Dünya 2021-07-22 03:10:00