Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

UEFA Konfrans Liqası: “Çukariçki”-"Sumqayıt" oyununda hesab açılmayıb

Bakı, 22 iyul, AZƏRTAC

UEFA Konfrans Liqasındakı təmsilçilərimizdən “Sumqayıt” iyulun 21-də ikinci təsnifat mərhələsinin ilk oyununda Serbiyanın “Çukariçki” klubu ilə qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, Belqrad şəhərindəki “Çukariçki” stadionunda keçirilmiş oyun 0:0 hesabı ilə başa çatıb.
Bu komandalar arasında cavab qarşılaşması iyulun 29-da Sumqayıtda təşkil olunacaq.

İdman 2021-07-22 01:30:00