Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Cəlilabadda polis işçiləri şəhid hərbi qulluqçuların ailələrinə bayram sovqatları çatdırıblar

Cəlilabad, 22 iyul, Bağır Əliyev, AZƏRTAC

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları Vətən müharibəsində igidlik və qəhrəmanlıq nümunəsi göstərərək şəhid olmuş hərbi qulluqçuların ailələri ilə görüşüblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüş zamanı polis işçiləri 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqdan danışaraq şəhid ailələrin qayğıları və problemləri ilə maraqlanıblar.
Çıxışlarda şəhidlərimizin müqəddəs amal uğrunda canlarından keçdikləri vurğulanıb, onların əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı bir daha diqqətə çatdırılıb.
Polis işçiləri Qurban bayramı ilə əlaqədar gətirdikləri bayram sovqatlarını şəhid ailələrinə paylayıblar.
Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə polis işçilərinə minnətdarlıqlarını bildiriblər.

Regionlar 2021-07-22 02:02:00