Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

AZEBİ Gürcüstanda yaşayan soydaşlarımıza Qurban sovqatı çatdırıb

Tbilisi, 22 iyul, AZƏRTAC

Gürcüstandakı Azərbaycanlı İşadamları Birliyi (AZEBI Georgia) hər il olduğu kimi, bu il də müqəddəs Qurban bayramında bu ölkədəki soydaşlarımızı diqqətdən kənarda qoymayıb.
AZƏRTAC xəbər verir ki, AZEBİ Azərbaycanın Gürcüstandakı Səfirliyinin təşkilati dəstəyi ilə paytaxt Tbilisi də daxil olmaqla Lagodexi, Marneuli, Qardabani və digər bölgələrdə qurbanlar kəsərək 300-ə yaxın aztəminatlı ailəyə bayram sovqatı çatdırıb.
Soydaşlarımız onlara göstərilən diqqət və qayğıya görə, Azərbaycan dövlətinə, səfirliyə və AZEBİ rəhbərliyinə, eləcə də yardım kampaniyasında iştirak edən digər şirkətlərə minnətdarlıq ediblər.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Cəmiyyət 2021-07-22 06:23:00