Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

ABŞ Kanada və Meksika ilə sərhədlərini avqustun 21-dək bağlı saxlayacaq

Bakı, 22 iyul, AZƏRTAC

ABŞ hakimiyyəti COVID-19 pandemiyası səbəbindən Kanada və Meksika ilə sərhədlərini avqustun 21-dək bağlı saxlayacaq.
AZƏRTAC CNN telekanalına istinadla xəbər verir ki, qadağa zəruri olmayan bütün səfərlərə tətbiq olunur. İstisnalar yalnız Amerika vətəndaşlarına və ABŞ-a müalicəyə və təhsil almağa gələn şəxslərə şamil edilir.
ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin məlumatına görə, vaksinasiya prosesinin genişlənməsi baxımından müsbət dinamika müşahidə olunur. Lakin COVID-19 virusunun yayılması təhlükə mənbəyi olaraq qalır. Buna görə də ehtiyat tədbirləri görülməsi vacibdir.
Bundan əvvəl Kanada hökuməti ABŞ-la quru sərhədinin tam vaksinasiya olunmuş Amerika vətəndaşları üçün avqustun 9-da açılacağını elan edib.

Dünya 2021-07-22 05:52:00