Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

UEFA Çempionlar Liqası: "Olimpiakos"-"Neftçi" matçının birinci hissəsi başa çatıb

Bakı, 22 iyul, AZƏRTAC

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Olimpiakos" (Yunanıstan) - "Neftçi" (Bakı) matçının birinci hissəsi başa çatıb.
AZƏRTAC xəbər verir ki, Yunanıstanın Pirey şəhərindəki "Georgios Karaiskakis" stadionunda keçirilən qarşılaşmanın birinci hissəsi "Olimpiakos"un üstünlüyü ilə yekunlaşıb -1:0.
Oyunun 29-cu dəqiqəsində Yunanıstan təmsilçisinin heyətində Məhəmməd Kamara fərqlənib. Görüşün 43-cü dəqiqəsində Kamara "Neftçi"nin futbolçusu Namik Ələsgərova qarşı kobud oyununa görə portuqaliyalı referi Joao Pinyeyru tərəfindən qırmızı vərəqə ilə cəzalandırılıb. Zədələnən N.Ələsgərovu isə Mirabdulla Abbasov əvəz edib.
Komandalar arasında cavab oyunu bir həftə sonra Bakıda təşkil olunacaq.
"Neftçi" Çempionlar Liqasında mübarizəyə birinci təsnifat mərhələsindən başlayıb. Bakı təmsilçisi Gürcüstanın "Dinamo" (Tbilisi) komandasını hər iki oyunda eyni hesabla yenib - 2:1. "Olimpiakos" isə birbaşa bu mərhələdən çıxış etməyə başlayıb.

İdman 2021-07-22 00:02:00