"Tokio-2020" qadın idmançıların sayına görə rekorda imza atıb
Bakı, 22 iyul, AZƏRTAC
"Tokio-2020" Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançıların 48,8 faizini qadınlar təşkil edir.
AZƏRTAC xəbər verir ki, bu, yay Olimpiya Oyunları tarixində rekord göstəricidir.
Əvvəllər rekord 2016-cı ildə Rio-de-Janeyroda təşkil olunan Olimpiadaya məxsus idi. Belə ki, dördilliyin zirvə yarışında idmançıların 45 faizini qadınlar təşkil etmişdi. "London-2012"də isə bu göstərici 44,2 faizə bərabər idi.
Qeyd edək ki, Tokio-2020" Yay Olimpiya Oyunlarının açılış mərasimi iyulun 23-də keçiriləcək. Yarışda ölkəmizi 44 idmançı təmsil edəcək.
Fransalı idmançı Julien Brulard cüdoçularımıza ustad dərsi keçib
Avropa birinciliyi: Daha bir boksçumuz finala vəsiqə qazanıb, ikisi bürünc medala yiyələnib
Azərbaycanın idman gimnastları Avropa çempionatının finalına vəsiqə qazanıblar
Şahmat üzrə milli dərəcəli hakimlər üçün seminar təşkil ediləcək
Azərbaycan V İslam Həmrəyliyi Oyunlarının kikboksinq yarışlarında ilk üçlükdə yer alıb