×
A
A
A
Sazlamalar

Cüdo komandamız Tokioda məşqə çıxıb

Bakı, 21 iyul, AZƏRTAC

Cüdo üzrə yığma komadamız Yaponiya paytaxtında məşqə çıxıb.
AZƏRTAC xəbər verir ki, komandamızın məşqi cüdonun mənbəyi hesab edilən Kodakanda baş tutub. Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov da millimizin məşqini izləyib.
Qeyd edək ki, cüdo yarışlarının püşkatma mərasimi iyulun 22-də Bakı vaxtı ilə saat 9:00-da keçiriləcək. Olimpiadada cüdo yarışları iyulun 24-dən 31-dək keçiriləcək.
Cüdoçularımızdan tatamiyə əvvəlcə Kəramət Hüseynov (60 kq) və Aişə Qurbanlı (48 kq) çıxacaq.
Azərbaycan cüdo tarixində ilk dəfə olaraq ölkəmiz Olimpiya Oyunlarında 9 cüdoçu ilə təmsil olunacaq.

İdman 2021-07-21 20:33:00