×
A
A
A
Sazlamalar

Tokio Olimpiadasında iştirak etmək üçün Yaponiyaya gələnlər arşında yoluxma sayı 79-a çatıb

Tokio, 21 iyul, AZƏRTAC

Tokio Olimpiadasında iştirak etmək üçün Yaponiyaya gələnlər arşında yoluxma sayı 79-a çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Olimpiya Oyunlarının təşkilat komitəsinin saytında məlumat verilib.
Son sutka ərzində “Tokio-2020” çərçivəsində ölkəyə gələnlərdən daha 8 nəfərdə koronavirus aşkar edilib. Yoluxanlar arasında idmançının da olduğu, lakin onun Atletlər şəhərində yaşamadığı bildirilir.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

İdman 2021-07-21 16:08:00