Samir Abasov: Bizi təcrübəli, heyətində çox peşəkar futbolçular olan komandaya qarşı çətin oyun gözləyir
Bakı, 21 iyul, AZƏRTAC
Artıq meydana girəndə klubun böyüklüyü, əzəməti hiss olunurdu. Hansı komandaya qarşı oynayacağımız meydana ilk addımı atandan bəlli olur. Rəqib haqda uzun-uzadı danışmaq istəmirəm, sadəcə onu deyim ki, “Olimpiakos” bu cür turnirlərə alışıb.
AZƏRTAC xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Olimpiakos” – “Neftçi” oyunu öncəsi komandamızın baş məşqçisi Samir Abasov söyləyib.
Baş məşqçi deyib: “Keçən il Avropada göstərdiyi oyun bu klubun məqsədinin, böyüklüyünün göstəricisidir. Bizi təcrübəli, heyətində çox peşəkar futbolçular olan komandaya qarşı çətin oyun gözləyir. Bu səbəbdən də, çox rahatıq.
“Neftçi” olaraq uzun müddət Çempionlar Liqasından uzaq qaldığımızı nəzərə alsaq, "Olimpiakos" ilə matçdan hər bir halda yaxşı təcrübə toplayacağıq. Bundan sonrakı rəqiblərimizin də aşağı-yuxarı eyni gücdə olması bizim üçün yetərincə təcrübə olacaq. Bu bizə qarşıdakı matçlarda kömək ola bilər", - deyə mütəxəssis əlavə edib.
Qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq matç “Georgios Karaiskakis” stadionunda təşkil olunacaq.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir