×
A
A
A
Sazlamalar

Azərbaycan millisinin Macarıstan və Belarus yığmaları ilə oyunlarının vaxtı müəyyənləşib

Bakı, 20 iyul, AZƏRTAC

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlığı Bakıda davam etdirir.
AZƏRTAC xəbər verir ki, hazırlıq planına uyğun olaraq yığmamız iyulun 26-dək Bakıda təlim-məşq toplanışı ilə bərabər bir neçə yoxlama görüşü də keçirəcək.
Rəqib Avropa çempionatının iştirakçıları olacaq Belarus və Macarıstan milliləridir. Hər iki komanda artıq Bakıdadır.
Yoxlama oyunları Azərbaycan Voleybol Federasiyasının idman zalında və Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Kompleksində keçiriləcək.
Millimiz iyulun 21-də və 23-də Macarıstan, ayın 22-də və 25-də isə Belarus seçməsi ilə qarşılaşacaq.

 

İdman 2021-07-20 23:42:00