×
A
A
A
Sazlamalar

Güləşçimiz Cavid Cavadov dünya çempionatında bürünc medal qazanıb

Bakı, 20 iyul, AZƏRTAC

Macarıstanın paytaxtı Budapeştdə yeniyetmə güləşçilərin dünya çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, dünya çempionatında 55 kiloqram çəki dərəcəsində çıxış edən sərbəst güləşçimiz Cavid Cavadov mübarizəyə səkkizdbir finaldan başlayıb və debütdə qazaxıstanlı həmkarı ilə bacarmayıb.
Rəqib finala yüksəldiyi üçün C.Cavadov iyulun 20-də təsəlliverici görüşə çıxıb. Gürcü güləşçiyə qalib gələn təmsilçimiz sonuncu qarşılaşmada Hindistan pəhləvanından güclü olub və bürünc medalı boynundan asıb.

 

İdman 2021-07-20 23:20:00