×
A
A
A
Sazlamalar

“Araz-Naxçıvan”ın UEFA Çempionlar Liqasının ilkin mərhələsindəki oyunlarının vaxtı açıqlanıb

Bakı, 20 iyul, AZƏRTAC

Futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində mübarizə aparacaq “Araz-Naxçıvan”ın oyunlarının vaxtı açıqlanıb.
AZƏRTAC Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv F qrupundakı ilk matçını avqustun 21-də Cəbəllütariqin "Europa" komandasına qarşı keçirəcək. Naxçıvan təmsilçisi ertəsi gün Finlandiyanın "Kampuksen Dinamo", ayın 24-də isə Latviyanın "Raba" komandası ilə qarşılaşacaq.
Bu qrupun oyunları Latviyanın Salaspils şəhərindəki idman kompleksində təşkil olunacaq.

İdman 2021-07-20 20:39:00