×
A
A
A
Sazlamalar

Tokio Olimpiadasında çıxış edəcək ən gəlirli idmançıların siyahısı açıqlanıb

Bakı, 20 iyul, AZƏRTAC

Tokio Olimpiadasında çıxış edəcək ən gəlirli idmançıların siyahısı açıqlanıb.
AZƏRTAC xəbər verir ki, siyahıya basketbol üzrə ABŞ millisinin forvardı Kevin Dürant başçılıq edir.
“Forbs” nəşrinin hesablamasına görə, “Bruklin”in 32 yaşlı basketbolçusu ötən il 75 milyon dollar gəlir əldə edib. İkinci pillədə yaponiyalı tennisçi Naomi Osaka qərarlaşıb. O, ötən il 60 milyon dollar qazanıb. Üçüncü pillədə də MBA üzvü qərarlaşıb. Söhbət ilə 40,3 milyon dollar qazanan “Portlend”in basketbolçusu Demian Lillarddan gedir.
İlk onluq əsasən basketbolçu və tennisçilərdən ibarətdir. Bu mənada yalnız şimali irlandiyalı qolfçu Rori Makilroy istisna təşkil edir. O, ötən il 32 milyon dollar qazanıb.

İdman 2021-07-20 20:04:00