×
A
A
A
Sazlamalar

Altı ayda 75,6 milyon dollarlıq polietilen ixraca göndərilib

Bakı, 17 iyul, AZƏRTAC

Yanvar-iyun aylarında Azərbaycandan 65,6 min ton polietilen ixrac olunub.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a verilən məlumata görə, ixrac olunan polietilenin dəyəri isə 75,6 milyon ABŞ dolları təşkil edib.
Xatırladaq ki, 2020-ci ilin eyni aylarında 47,3 milyon dollarlıq 74,1 min ton polietilen ixrac olunub.
Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində yüksəksıxlıqlı polietilen zavodu tikilib. Zavod gündəlik 330 ton, illik 120 min ton istehsal gücünə malikdir. Məhsulun 25 faizi daxili bazar, 75 faizi isə ixrac üçün nəzərdə tutulub.

 

Sənaye 2021-07-17 13:13:00