×
A
A
A
Sazlamalar

Yarım ildə kimya məhsullarının ixracı azalıb

Bakı, 17 iyul, AZƏRTAC

Yanvar-iyun aylarında Azərbaycandan 123,3 min ton kimya sənayesi məhsulları ixrac edilib.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a verilən məlumata görə, ixrac edilən kimya sənayesi məhsullarının dəyəri isə 35,7 milyon ABŞ dolları olub.
Xatırladaq ki, 2020-ci ilin eyni aylarında ixrac olunan 279,5 min ton kimya məhsullarının dəyəri 40,6 milyon dollar təşkil etmişdi.

Sənaye 2021-07-17 12:49:00