×
A
A
A
Sazlamalar

Azot gübrəsinin ixracının həcmi azalıb

Bakı, 17 iyul, AZƏRTAC

Yanvar-iyun aylarında ölkədən 35,1 min ton azot gübrəsi ixrac edilib.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, ixrac edilən gübrənin dəyəri isə 7,6 milyon ABŞ dolları olub.
Xatırladaq ki, keçən ilin eyni aylarında 7,3 milyon dollarlıq 50,4 min ton azot gübrəsi ixrac edilib.
Qeyd edək ki, 2019-cu il yanvarın 16-da Sumqayıt Kimya Sənaye Parkının ərazisində “SOCAR karbamid” zavodu istifadəyə verilib. Zavod ildə 435 milyon kubmetr təbii qaz həcmindən xammal kimi istifadə etməklə 650-660 min ton karbamid məhsulu (azot gübrəsi) istehsal etmək gücündədir. İstehsal həcminin 70 faizi ixrac üçün nəzərdə tutulur ki, bu da ölkəyə hər il 160 milyon dollaradək əlavə gəlirin daxil olmasına imkan verəcək. Zavodun inşası zamanı bir sıra beynəlxalq banklardan dövlət zəmanəti əsasında 500 milyon avro cəlb olunub.

 

Sənaye 2021-07-17 12:33:00