×
A
A
A
Sazlamalar

“Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

“Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 11, maddə 992; 2017, № 1, maddə 12) aşağıdakı dəyişikliklər edilsin:

1. 1.4-cü maddədə “verilən” sözü “təqdim edilən” sözləri ilə əvəz edilsin.

2. 5.2-ci maddənin ikinci cümləsində “forması və verilmə” sözləri “məzmunu və təqdim edilmə” sözləri ilə və üçüncü cümləsində “verilməsi” sözü “təqdim edilməsi” sözləri ilə əvəz edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 iyun 2021-ci il

Qanunlar 2021-07-13 17:03:00