×
A
A
A
Sazlamalar

Keçən ay mis filizləri və konsentratlarının istehsalı artıb

Bakı, 30 iyun, AZƏRTAC

May ayında mədənçıxarma sənayesində istehsal olunmuş əsas məhsul növlərindən 229,5 tonu mis filizləri və konsentratlarının payına düşüb.
AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir ki, bu göstərici aprel ayı ilə müqayisədə 1,5 ton çoxdur.
İyunun 1-nə olan vəziyyətə əsasən, hazır məhsul ehtiyatı 674,9 ton təşkil edib.

Sənaye 2021-06-30 13:07:00