×
A
A
A
Sazlamalar

Ötən ay 317,4 kiloqram qızıl istehsal edilib

Bakı, 30 iyun, AZƏRTAC
May ayında mədənçıxarma sənayesində istehsal olunmuş əsas məhsul növlərindən sayılan qiymətli metal filizlərinin 317,4 kiloqramı qızılın payına düşüb.
AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir ki, bu göstərici əvvəlki ayla müqayisədə 19,7 kiloqram çox olub.
İyunun 1-nə olan vəziyyətə əsasən, 319,6 kiloqram hazır qızıl ehtiyatı var.

 

Sənaye 2021-06-30 12:13:00