“Avro-2020”: İsveçrə - Türkiyə oyunu başlayıb
Bakı, 20 iyun, AZƏRTAC
“Avro-2020”nin A qrupunun III tur çərçivəsində keçirilən İsveçrə və Türkiyə oyunu başlayıb.
AZƏRTAC xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən görüşü sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edir.
Ona həmyerliləri Tomaz Klançnik və Andraz Kovaçiç köməklik göstərir. Dördüncü hakim funksiyasını isveçli Andreas Ekberq yerinə yetirir. Oyunun VAR hakimi isə Bastian Dankertdi (Almaniya).
Türkiyə millisinin start "11-də" meydana Uğurcan Çakır, Zeki Çelik, Merih Demiral, Çağlar Söyüncü, Ozan Tufan, Cengiz Ünder, Hakan Çalhanoğlu, 17. Burak Yılmaz, İrfan Can Kahveci, Kaan Ayhan və Mert Müldür çıxıblar.
İsveçrə seçməsinin start heyətində isə Yan Zommer, Silvan Vidmer, Niko Elvedi, Manuel Akanci, Bril Embolo, Remo Froyler, Haris Seferoviç, Qranik Caka, Rikardo Rodriges, Stiven Tsuber və Cerdan Şakiri yer alıblar.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir